Anbarınızda nə var, nə çatışmır?
Məhsul qalıqlarını və mövcud ehtiyatları anbarlar üzrə görün.
Bütün proseslər bir sistemdə, məlumatlar real vaxtda. Daha çox nəticə, daha çox nəzarət və özünüzə ayıracağınız daha çox vaxt.
Anbar, satış, borclar və sifarişlər — qərar vermək üçün lazım olan məlumatlar hər an əlinizin altında olsun.
Məhsul qalıqlarını və mövcud ehtiyatları anbarlar üzrə görün.
Satış dövriyyəsini gün, filial və məhsul üzrə izləyin.
Alacaqları, borcları və ödəniş tarixlərini nəzarətdə saxlayın.
Müqavilələrin icra vəziyyətini və tamamlanmamış öhdəlikləri görün.
Sifarişlərin hazırlanmasını və təhvil vəziyyətini izləyin.
20–30 dəqiqəlik fərdi ödənişsiz konsultasiya
Daha az texniki yük. Daha çox nəzarət. Daha sistemli biznes.
Prospect-i yaxından tanıyın
Cloud infrastrukturu, təhlükəsizlik, backup, yenilənmə, təlim və tətbiq bir sistemdə.
Siz biznesinizi idarə edin, ERP-nizi biz.Server və ayrıca texniki komanda yükünü azaldın.
Daha az IT yükü.Yerli bizneslərin iş qaydalarına uyğun həll və Azərbaycan dilində dəstək.
Satış, anbar, maliyyə və borcları istənilən vaxt bir sistemdə görün.
Hesabat gözləmədən biznesinizə nəzarət edin.Yeni funksiyalar və inteqrasiyalar sistemə davamlı əlavə olunur.
Biznesiniz böyüdükcə ERP-niz də inkişaf edir.Qurulumdan gündəlik istifadəyə qədər Prospect komandası yanınızdadır.
Proqramı təqdim edib sizi tək qoymuruq.Məhsul, müştəri və borcların nəticəyə təsirini görün.
Daha düzgün qərarlar.E-kassa, Telegram, WhatsApp və tərəzi inteqrasiyaları.
Daha az əl işi.Rutin işlərin avtomatlaşdırılması və qərarvermə imkanlarının inkişafı.
Daha ağıllı idarəetmə.Real bizneslər. Öz dilindən video rəylər.
12 video rəy · Digər rəylərə oxlarla keçin. Video açılmırsa, Facebook keçidindən istifadə edin.
Bu imkanlar telefon mağazalarında qarışıqlığın qarşısını alır, stok itkilərini azaldır və pul axınına tam nəzarət imkanı yaradır.
Pul axını, balans, mənfəət və zərər — biznesinizin üç əsas hesabatını Prospect Cloud ERP ilə bir sistemdən əldə edin.
Pulunuz hara gəlir, hara gedir?
Daxil olan və çıxan vəsaitləri, pul qalıqlarını bir baxışda izləyin.
Biznesinizin maliyyə vəziyyəti necədir?
Aktivlərinizi, öhdəliklərinizi və kapitalınızı birlikdə görün.
Dövriyyəniz var. Bəs qazancınız?
Gəlirləri, xərcləri və xalis nəticəni seçdiyiniz dövr üzrə təhlil edin.
Daha az rutin iş. Günün istənilən vaxtında AI dəstək.
Excel, PDF və JPG sənədlərindən satış, alış və idxal məlumatlarını sistemə daxil edin.
Yüksək abunə paketlərindəSistemlə bağlı suallarınızı AI köməkçiyə verin, günün istənilən vaxtında cavab alın.
Prospect Cloud ERP-də baş verən proseslər haqqında məlumatlar birbaşa Telegram və WhatsApp-ınıza gəlsin. Harada olmağınızdan asılı olmayaraq, vacib hadisəni vaxtında görün, müdaxilə edin və qərar verin.
Yeni sənədlər, vaxtı çatan ödənişlər və digər vacib əməliyyatlar barədə bildirişləri Telegram-da izləyin.
Ödəniş və biznes bildirişlərini gündəlik istifadə etdiyiniz WhatsApp-da alın. Məlumat axtarmağa vaxt itirmədən növbəti addımı müəyyən edin.
Məlumat vaxtında gəlsin.
Qərar sizin olsun.
Prospect Cloud ERP-ni real əməliyyatlar üzərində öyrədir, düzgün tətbiqinə dəstək oluruq.
Mövcud prosesləri və avtomatlaşdırma ehtiyaclarını müəyyən edirik.
Audit nəticələrinə əsasən biznesinizə uyğun həllər təklif edirik.
Komandanızın və iş proseslərinizin ehtiyaclarına uyğun təlim planı qururuq.
Video və yazılı təlimatlarla öyrənməyi və təkrar etməyi asanlaşdırırıq.
Əməliyyatları real iş nümunələri üzərində praktiki öyrədirik.
Praktiki tapşırıqları yoxlayır, səhvləri birlikdə düzəldirik.
İlk hesabatları birlikdə hazırlayır, nəticələri düzgün oxumağı öyrədirik.
Təlimi pərakəndə, topdansatış, istehsal və digər biznes sahələrinin iş axınına uyğunlaşdırırıq.
Başlanğıc məlumatların hazırlanması və ERP-yə keçirilməsi zamanı komandanıza yol göstəririk.
Təlimin sonunda iştirak edən şirkətin əməkdaşlarına sertifikat təqdim edirik.
12 ay ərzində hər ay sistemdən düzgün istifadəni yoxlayır və lazımi düzəlişlərdə sizə dəstək oluruq.
Prospect Cloud ERP-ni gündəlik istifadə etdiyiniz sistemlərlə əlaqələndirin. Məlumat axınını sürətləndirin, əl işini azaldın və vaxtınıza qənaət edin.
Satış və ödəniş bildirişlərini, eləcə də əməkdaşların doğum günü xatırlatmalarını Telegram-da alın.
Ödəniş məlumatlarını WhatsApp bildirişləri ilə çatdırın, müştərilərinizlə əlaqəni daha operativ qurun.
Vacib məlumat və bildirişləri SMS vasitəsilə çatdırın, gündəlik ünsiyyəti sürətləndirin.
Excel, PDF və şəkillərdən məlumat idxalını sürətləndirin. 24/7 AI Support ilə suallarınıza cavab alın.
Kassa əməliyyatlarını sistemlə əlaqələndirin, növbələri idarə edin və X/Z hesabatlarını əldə edin.
Məhsul və PLU məlumatlarını elektron tərəzilərə ötürün, çəkili məhsulların satışını asanlaşdırın.
İş portalı ilə əlaqə vasitəsilə iş elanları və namizəd axtarışı imkanlarından yararlanın.
İlk söhbətdən ilk hesabata qədər — 4 aydın addımda yanınızdayıq.
Biznes sahənizi, mövcud prosesləri və həll etmək istədiyiniz çətinlikləri müəyyən edirik.
Komandanıza uyğun əməliyyatları və hesabatları real iş ssenarisi üzərindən göstəririk.
Məlumatların hazırlanması, sistemin tətbiqi və əməkdaşların təlimi ilə istifadəyə başlayırsınız.
Satış, pul axını və mənfəət göstəricilərini görün. Biznesinizi rəqəmlərlə idarə etməyə başlayın.
İstifadə edəcəyiniz modulları və iş proseslərini birlikdə müəyyən edək. Demoda uyğun paket, xidmət tərkibi və qiymət haqqında məlumat alın.
Biznesinizin ERP-yə uyğunluğunu demoda birlikdə qiymətləndirək.
+994 77 277 61 77 ↗Pərakəndə və topdansatış, istehsalat, təchizat, servis və aqro sahələrinin əməliyyatları üçün modullar mövcuddur. Sizin proseslərə uyğunluğu fərdi demoda göstəririk.
Xeyr. 20–30 dəqiqəlik tanışlıqda biznesinizə uyğun əməliyyatları və hesabatları təqdim edirik.
Cloud ERP üçün ayrıca server almağa ehtiyac yoxdur. Platformadan internet üzərindən istifadə edirsiniz.
Excel idxalı mövcuddur. Fayl strukturu və məlumatların uyğunluğu tətbiq zamanı yoxlanılır.
Komanda onlayn təlimlərlə istifadəni öyrənir. Qurulum və tətbiqin həcmi ehtiyaclarınıza uyğun müzakirə edilir.
Prospect idarəetmə uçotu üçün nəzərdə tutulub: satış, anbar, pul hərəkəti, borclar və biznes hesabatları. Vergi uçotu ehtiyaclarını ayrıca müzakirə edin.
20–30 dəqiqə ayırın. Prospect-in sizin biznesinizdə necə işləyəcəyini görün.
Biznesiniz üçün uyğun həlli birlikdə tapaq.
E-poçtsupport@prospect.azMobil+994 77 277 61 77
Google Maps-də aç ↗